SOSİUM

2017-ci ilin yanvar-iyul aylarında taksidən istifadə edənlərin sayı bəlli olub
18 AVQUST
372

2017-ci ilin yanvar-iyul aylarında taksidən istifadə edənlərin sayı bəlli olub

2017-08-18 19:14:00

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 1 mlrd. 85 mln. 876,9 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə Fins.az  “İnterfaks-Azərbaycan”- a istinadən xəbər verir.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 404,9 min nəfər (artım 30%), dəniz nəqliyyatı ilə 11,1 min nəfər (artım 14,4%), hava nəqliyyatı ilə 1 mln. 285,2 min nəfər (artım 21,3%), metro ilə 132 mln. 939,5 min sərnişin (artım 6,1%) daşınıb.

Bu ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı vasitələri ilə 950 mln. 236,2 min sərnişin (artım 1,7%), avtobuslarla 912 mln. 520,4 min sərnişin (artım 1,7%), taksi minik avtomobilləri ilə 37 mln. 715,8 min sərnişin (artım 2,9%) daşınıb.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293