SOSİUM

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
11 AVQUST 2017
449

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

2017-08-11 16:16:00

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8% üstələyərək 19 mlrd. manata bərabər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Ticarət dövriyyəsinin 9,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin ilk 7 ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2% və 2,4% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsullarının, 5,0%-i içkilər və tütün məmulatlarının, 17,9%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,0%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının 11,7%-i ticarət müəssisələri, 53,5%-i fərdi sahibkarlar tərəfindən, 34,8%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3%, fərdi sahibkarlar üzrə 2,2%, bazar və yarmarkalar üzrə 0,3% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39 manat və ya 16,2% çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267