SOSİUM

İlk dəfə keçirilən “Sağlam Azərbaycan festivalı” üç gün davam edəcək
11 AVQUST
245

İlk dəfə keçirilən “Sağlam Azərbaycan festivalı” üç gün davam edəcək

2017-08-11 14:28:00

Avqustun 25-27-də paytaxtın Ağ Şəhər Bulvarı ərazisində “Sağlam Azərbaycan Festivalı”nda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələrinin, sağlam həyat tərzinə çağıran vegan mədəniyyətinin təbliğinə geniş yer veriləcək.

Fins.az xəbər verir ki, Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ölkədə ilk dəfə keçirilən səhiyyə tədbirləri arasında xüsusi şöhrətə malik olan festivalın Azərbaycanda keçirilməsinin məqsədi sağlam həyat tərzi aşılanmasıdır.

Festivalda ukraynalı aşpaz Konstantin Stolyarovun hazırladığı vegeterian yeməkləri iştirakçılara təqdim edəcək. Qeyd etmək lazımdır ki, o, keçən il Bakıda keçirilən “VEGAN BOOM” layihəsinin iştirakçısı olub. Xarici ölkələrdən dəvət edilən şirniyyatçılar da festivala təşrif buyuracaqlar.

Festival çərçivəsində böyüklər üçün vegan yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün özünü müdafiə dərsləri, “Happy starts”, gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master-klass, kişilər üçün mini futbol 4×4, mini qolf, armrestling, kapoeyro, Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street Art, Street ball və “Lektoriy” maarifləndirici mühazirələri müxtəlif sahələrdə çalışanlara biliklərini artırmaq və müzakirə aparmaq imkanı yaradacaq.

“Sağlam Azərbaycan Festivalı”nda zamanı uşaqlar üçün rəqs, yoqa, kapoeyro dərsləri, Face art və karikatura master klassları və maarifləndirici oyunlar keçiriləcək, məzhəkəçilər və animatorlar balaca iştirakçıları əyləndirəcəklər.

Festival günlərində pulsuz həkim müayinələri təşkil olunacaq, müxtəlif sahələrdə ixtisaslaşmış həkimlər öz sağlamlığına biganə olmayanları müayinə edəcək və onlara məsləhətlər verəcəklər.

Festivalda xərçəng xəstəliyinə qarşı birgə mübarizə sloqanı ilə yürüş keçiriləcək. Gənclərdən tutmuş veteranlara qədər müxtəlif yaşda olan yürüş iştirakçıları Ağ Şəhər Bulvarı ərazisində 2 kilometr məsafə qət edəcəklər.

Festivala giriş pulsuz olacaq və iştirakçılar təqdim olunan bütün xidmət və əyləncələrdən ödənişsiz istifadə edə biləcəklər. Bundan başqa festival keçirilən ərazidə satışa çıxarılacaq bütün qida məhsulları xüsusi endirimlə satılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296