SOSİUM

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 42 801 abituriyent ixtisas seçimi edib
11 AVQUST
443

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 42 801 abituriyent ixtisas seçimi edib

2017-08-11 11:07:00

Avqustun 10-da 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi yekunlaşıb.

Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, birinci qrup üzrə 14 min 631, ikinci qrup üzrə 12 min 670, üçüncü qrup üzrə 10 min 994, dördüncü qrup üzrə isə 2 min 982 abituriyent ixtisas seçib. Ümumilikdə bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 41 min 277 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 37 min 469-u Azərbaycan, 3 min 808-i rus bölmələrində təhsil alacaq abituriyentlərdir.

Beşinci ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlərin də elektron ixtisas seçimi başa çatıb. Belə ki, bu ixtisas qrupu üzrə 1524 abituriyent ixtisas seçib. Onlardan 1308-i Azərbaycan, 216-sı rus bölmələrində təhsil alacaq abituriyentlərdir.

Nəticələr yaxın günlərdə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287