SOSİUM

Ölkələr üzrə orta aylıq əmək haqqının məbləği açıqlandı
09 AVQUST
586

Ölkələr üzrə orta aylıq əmək haqqının məbləği açıqlandı

2017-08-09 09:39:00

Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq sərmayə yatırılıb. Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, təkcə son 10 ildə respublikanın regionlarının sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsi məqsədi ilə regionlara 51 milyard manat həcmində investisya qoyulub.

Fins.az big.az-a istinadən bildirir ki, "Nastoyaşee vremya" telekanalı postsovet ölkələrində insanların həyat səviyyəsini və orta ayqlıq rısmi statistik məlumatlara əsaslanaraq reytin cədvəlini müəyyən edib.

Estoniya əhalinin orta aylıq gəlirinə görə, postsovet məkanında lider ölkədir. Bu ölkədə orta aylıq əmək haqqı 1313 ABŞ dolları təşkil edir.

Azərbaycan isə Gürcüstan və Ermənistandan sonra 9-cu yeri bölüşür. Gürcüstanda orta aylıq əməkhaqqı 413, Ermənistanda isə 397 dollardır. Azərbaycanda bu rəqəm 299 dollardır. İndi isə keçmiş SSRİ-nin varisləri olan ölkələrdə orta aylıq əmək haqqında rəsmi reytinq cədvəlini təqdim edirik:

Estonia-1313 $

Latviya-1009 $

Litva - 903 $

Rusiya - 657 $

Qazaxstan - 432$

Gürcüstan - 413 $

Belarus - 402 $

Ermənistan - 397 $

Azərbaycan - 299 $

Moldova-288$

Ukrayna -263$

Qırğızstan- 204$

Türkmənistan-198$

Özbəkistan-177$

Tacikstan-120$ orta aylıq əməkhaqqı təşil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297