SOSİUM

Azərbaycana pul köçürmələri kəskin artıb
04 AVQUST
783

Azərbaycana pul köçürmələri kəskin artıb

2017-08-04 18:30:00

Bu ilin I yarısında Azərbaycana daxil olan pul baratlarının həcmi illik müqayisədə 58,3% artaraq 459 mln. ABŞ dolları təşkil edib. 

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankının yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir.

İcmalda deyilir ki, hesabat dövründə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. 

Onu da qeyd edək ki, 2016-cı ilin I yarısında ölkəyə daxil olan pul baratlarının həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 46,9% azalaraq 290 mln. dollar təşkil edib. 

©report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297