SOSİUM

Anomal istilər gəlir – XƏBƏRDARLIQ
04 AVQUST
1510

Anomal istilər gəlir – XƏBƏRDARLIQ

2017-08-04 12:40:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 05-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297