SOSİUM

Sumqayıtda qaz olmayacaq
14 İYUL
328

Sumqayıtda qaz olmayacaq

2017-07-14 09:56:00

Bu gün Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Fins.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, iyulun 14-də saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı Sumqayıt şəhərinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq. 

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287