SOSİUM

Bakıda 35°C isti olacaq – HAVA PROQNOZU
13 İYUL
291

Bakıda 35°C isti olacaq – HAVA PROQNOZU

2017-07-13 12:14:00

İyulun 14-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Fins.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  21-24° isti, gündüz  31-36° isti, Bakıda gecə  22-24° isti, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  759  mm civə sütunu, nisbi rütubət  gecə 70-75%,  gündüz  50-55 %  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°,Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz  bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. 

Şərq küləyi  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+37°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288