SOSİUM

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI
12 İYUL
583

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

2017-07-12 12:22:00

 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294