SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
11 İYUL
378

Sabaha olan – HAVA PROQNOZU

2017-07-11 12:50:00

İyulun 12-də Bakıda və Abşeron yarımadasında  havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi,  gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 27-32, Bakıda gecə  21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.  

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 14-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294