SOSİUM

Bakının bu rayonlarında su olmayacaq
20 İYUN
845

Bakının bu rayonlarında su olmayacaq

2017-06-20 16:45:00

Sabah Bakının iki rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-nin  İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar iyunun 21-də saat 09:00-dan 15:00-dək  Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287