SOSİUM

Azərbaycanda ixtisaslı fəhlələr çatışmır – NAZİRDƏN AÇIQLAMA
20 İYUN
211

Azərbaycanda ixtisaslı fəhlələr çatışmır – NAZİRDƏN AÇIQLAMA

2017-06-20 14:07:00

"Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, heç kim ağır, fiziki işlərdə çalışmaq istəmir: "Hazırda ölkədə taxıl biçimi vaxtıdır. Amma əksər rayonlarda traktorçu və kombaynçı tapmaq olmur, bu peşə sahiblərini tapmaq müşkülə çevrilib".

Nazir bildirib ki, ölkə üzrə peşə tədrisi mərkəzlərinin sayının artırılması planlaşdırılır: "Yaxın bir-iki ay ərzində Gəncədə peşə tədris mərkəzi istifadəyə veriləcək. Növbəti il ölkənin 5-6 regionunda belə mərkəzlərin yaradılması nəzərdə tutulur".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288