SOSİUM

Tikinti obyektləri kameralarla izlənəcək
20 İYUN
280

Tikinti obyektləri kameralarla izlənəcək

2017-06-20 11:57:00

“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması nəzərdə tutulub. Bu müşahidə kameraları üz tanıma sistemi ilə əmək bildirişləri sisteminə birbaşa qoşulacaq ki, həmin obyektdə əmək müqaviləsi ilə çalışan və çalışmayan şəxsləri müəyyən etmək mümkün olsun”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Fariz Cəfərov “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimatda çıxışı zamanı deyib.

Dövlət Agentliyinin rəsmisi bildirib ki, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan prezidentinin 28 aprel tarixli fərmanının tələblərinə uyğun olaraq elektron reyestr yaradılıb: “Sistem tam analitik və intellektual sistem olacaq, tikinti obyektlərinə çox səfər etməyə ehtiyac olmayacaq”.

F. Cəfərov qeyd edib ki, elektron reyestr 3 hissədən ibarətdir: “Birinci hissədə binalar və mənzillər, yəni binaya tikinti icazəsi nə zaman verilib, ölçüləri nə qədərdir, tikinti harada aparılır, texniki göstəricilər nədən ibarətdir və digər məlumatlar toplanacaq. İkinci hissəyə əmək müqaviləsi və xidməti müqavilə ilə çalışan şəxslər barədə məlumat daxildir. Üçüncü hissəni video-müşahidə, hesabatlar, səyyar monitorinq vasitəsilə formalaşan məlumatlar əhatə edəcək. Sistem Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti qurumları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bir çox dövlət qurumları ilə inteqrasiya olunmuş bir sistemə malikdir”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287