SOSİUM

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16 İYUN
1849

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

2017-06-16 12:29:00

İyunun 17-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

Mülayim şimal-qərb küləyi  arabir güclənəcək. 

ETSN-dən fins.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz  21-25° isti, Bakıda gecə  16-18° isti, gündüz  23-25° isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi  758 mm civə sütunundan  762 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 17-18-də Bakıda və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturunun gecə 14-19° isti, gündüz  26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287