SOSİUM

Prezident Cocuq Mərcanlıya səfər edib
14 İYUN
472

Prezident Cocuq Mərcanlıya səfər edib

2017-06-14 14:11:00

Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Fins.az-ın məlumatına görə, dövlət başçısı yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

İ. Əliyevin Cocuq Mərcanlı kəndinə səfəri yeni salınan kənd yolunun açılışı ilə başlayıb. Dövlət başçısına məlumat verilib ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir.

Sonra prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində olub. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir. Prezident İlham Əliyev Oqtay Həziyevin ailə üzvləri ilə söhbət edib.

Sonra dövlət başçısı yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olub. Məktəbdə olarkən Prezident İlham Əliyev hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb.

Prezident İlham Əliyev həmçinin Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məsciddə yaradılan şəraitlə tanış olub.

Sonra prezident İlham Əliyev kəndin ərazisini gəzib.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295