SOSİUM

Fiziki və əqli məhdudiyyətli uşaqlara dəstək olaq!
14 İYUN
223

Fiziki və əqli məhdudiyyətli uşaqlara dəstək olaq!

2017-06-14 09:59:00

Bakı Fond Birjasının təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən, fiziki və əqli məhdudiyyəti olan uşaqların əl işlərindən ibarət sərgi keçiriləcəkdir.

Sərginin keçirilməsində məqsəd sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onlara qayğı və dəstək göstərmək,gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdır. Sərgidən toplanmış vəsait əl işlərinin müəlliflərinə təqdim olunacaq.

Tədbir 2017-ci ilin 16 iyun tarixində Bakı Fond Birjasının yerləşdiyi biznes mərkəzi Babək Plazanın, (Babək prospekti, Ələddin Quliyev 11/31) geniş foyesində saat 10:30dan - 17:00-dək keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296