SOSİUM

Prezident Natiq Əliyevin məzarını ziyarət edib
13 İYUN
735

Prezident Natiq Əliyevin məzarını ziyarət edib

2017-06-13 15:45:00

Azərbaycan prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramını bildirib.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verib. Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına minnətdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288