SOSİUM

Bu ərazilərdə də pulsuz Wi-Fi olacaq
12 İYUN
275

Bu ərazilərdə də pulsuz Wi-Fi olacaq

2017-06-12 15:40:00

Baktelecom pulsuz Wi-Fi  xidmətinin əhatə dairəsini genişləndirir. Belə ki, yaxın zamanlarda Qış Parkı, Sabir, Xəqani bağları və digər istirahət parklarında da ictimai internet şəbəkəsi aktiv ediləcək.

Bildirilib ki, şəbəkənin təkmilləşdirilməsi işləri ilə yanaşı, yeni və daha rahat qeydiyyat sisteminin tətbiqindən sonra istifadəçilərin pulsuz Wi-Fi -a qoşulması daha da asanlaşacaq.

Qeyd edilib ki, Dənizkənarı Milli Parkın bütün hissəsi, İçərişəhər Tarix-Memarlıq Qoruğu, Sahil bağı və Heydər Əliyev Mərkəzinin parkı kimi geniş əhatə zonasında ümumilikdə 210 qoşulma nöqtəsi yaradılıb.

Məlumata görə, mart ayından indiyə qədər layihənin istifadəçi sayı 200 mini ötüb.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285