SOSİUM

15-ə qədər ixtisasda təhsil müddəti azaldılıb
12 İYUN
872

15-ə qədər ixtisasda təhsil müddəti azaldılıb

2017-06-12 12:45:00

2016-cı və 2017-ci illərdə ölkənin ali təhsil müəssisələrinə və AMEA-nın magistraturasına keçirilən qəbul imtahanının I mərhələsi üzrə 51 və daha yüksək nəticə göstərənlər ötən ilə nisbətdə 2 dəfədən artıq (müvafiq olaraq 2016-cı ildə 25,77 faiz - 2017-ci ildə bu göstərici 57,99 faiz ) olub. Təhsil Nazirliyindən verilən xəbərə görə, 40 bal və daha az toplayanların faiz nisbətində isə kəskin azalma (müvafiq olaraq 2016-cı ildə 49,56 faiz idisə, 2017-ci ildə bu rəqəm 18,36 faiz) müşahidə olunur.

Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik olub. Bu dəyişikliyə görə, mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə fundamental tədqiqat tələb etməyən 15-ə qədər ixisaslaşma üzrə təhsil müddəti 2 ildən 1,5 ilə endirilib. Bu ixtisaslarda təhsil alanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297