SOSİUM

Temperatur 35°C-yə yüksələcək – HAVA PROQNOZU
08 İYUN 2017
579

Temperatur 35°C-yə yüksələcək – HAVA PROQNOZU

2017-06-08 12:50:00

İyunun 9-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 17-20° isti, gündüz  27-32° isti, Bakıda gecə  18-20° isti, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253