SOSİUM

208 mineralı insanlar yaradıb – TƏDQİQAT
03 MART
322

208 mineralı insanlar yaradıb – TƏDQİQAT

2017-03-03 10:13:00

İnsanlar yer üzündə mineralların kəskin artmasına səbəb olub. Fins.az-ın verdiyi məlumata görə, bu haqda alimlər “American Mineralogist” jurnalında məqalə dərc ediblər.

5 208 mineralın nümünələri ilə yaxından tanış olan tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, insan təsiri olmadan onlardan 208 heç əmələ gəlməzdilər.

Onlardan bəziləri ərimə sobalarında, bəziləri isə köhnə batareyalar və elektrik texnikası olan zibilliklərdə formalışıb. 

Fosfor, maqnit elementləri, silikon – bunlar nəmlənmə və turşuluq yaratma prosesində yeni mineral növləri yaratmağa qadirdi. Qeyd edək ki, siyahıya insan tərəfindən laboratoriyalarda əldə olunan minerallar daxil edilməyib.

Hazırda məlum olun mineralların üçdə ikisi 2,4 mlrd. il bundan qabaq oksigen fəlakətindən sonra formalaşıb. Ekspertlərin dediyinə görə, mineralların sayı son 250 ildə artması təbii yolla əmələ gəlməsi ilə müqayisədə demək olar ki, ildirım sürəti ilə baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0035
  • ₽ RUB
    0.0286