SOSİUM

Xaricdə yaşayan azərbaycanlılara sosial yardım veriləcək
12 YANVAR
459

Xaricdə yaşayan azərbaycanlılara sosial yardım veriləcək

2017-01-12 11:31:00

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinə uyğun olaraq xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib. 

Fins.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun tətbiq edilməsi barədə” 2003-cü il 21 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 11 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb. 

Qeyd edək ki, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna əsasən indiyə qədər Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərdilər. Ancaq bu sosial yardımı göstərəcək icra hakimiyyəti orqanları və yardımın hansı qaydada göstəriləcəyi müəyyənləşdirilməmişdi. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna edilən son dəyişikliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərəcəklər. 

Fərmana əsasən xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək yeganə orqan olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müəyyənləşdirilib. Sosial yardımın göstərilməsi qaydası isə Nazirlər Kabineti tərəfindən göstəriləcək. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308