SOSİUM

Prezident Naxçıvana getdi
11 YANVAR
494

Prezident Naxçıvana getdi

2017-01-11 13:45:00

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Fins.az xəbər verir ki, İlham Əliyevi Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

xxx

Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı yeni stansiyanın təməlini qoyub. Ona məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq.

Sonda xatirə şəkli çəkdirilib.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312