SOSİUM

Siqaret çəkmək neçəyə başa gəlir?
10 YANVAR
446

Siqaret çəkmək neçəyə başa gəlir?

2017-01-10 15:26:00

Siqaret çəkmək dünya iqtisadiyyatına hər il 1 trln. dollara başa gəlir. Fins.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Milli Onkologiya İnstitutunun birgə tədqiqatının nəticələrində bildirilir.

Bu xərclər dünya üzrə tütün məmulatlarına tətbiq olunan aksiz vergisindən (təxminən 269 mlrd. dollar) daha çoxdur.

Tədqiqatın nəticələri göstərir ki, 2030-cu ilədək tütün məmulatları ilə əlaqədar ölümlərin sayı hazırkı 6 milyondan 8 milyona yüksələcək. Bu cür ölümlərin 80%-i orta və aşağı gəlirli ölkələrin payına düşür.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8490
  • ₽ RUB
    0.0303