SOSİUM

"Maaşlar və, pensiyalar artmalıdır" – PREZİDENTDƏN AÇIQLAMA
10 YANVAR
3343

"Maaşlar və, pensiyalar artmalıdır" – PREZİDENTDƏN AÇIQLAMA

2017-01-10 14:52:00

“Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

O qeyd edib ki, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb: “Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.

Dövlət başçısı onu da bildirib ki, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: “İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7201
  • € EUR
    1.8654
  • ₽ RUB
    0.0302