SOSİUM

“Gənclik Mall” rəhbərliyindən qəza ilə bağlı – AÇIQLAMA
02 DEKABR
801

“Gənclik Mall” rəhbərliyindən qəza ilə bağlı – AÇIQLAMA

2016-12-02 15:09:00

“Gənclik Mall” rəhbərliyi bu gün səhər saatlarında ticarət mərkəzində baş vermiş qəza ilə bağlı açıqlama yayıb. Mall rəhbərliyindən fins.az-a verilən məlumata görə, yeni il dekorasiyalarının uçması nəticəsində “Gənclik Mall” ərazisində xəsarət alan olmayıb: “Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və nəticələri aradan qaldırılıb. “Gənclik Mall” adi qaydada işini davam etdirir və narahatçılığa heç bir əsas yoxdur”.

Eləcə də bax: “Gənclik Mall”da həyəcan - Tavandakı nəhəng şarlar yerə düşdü/ FOTOLAR

Xatırladaq ki, bu gün səhər saatlarında “Gənclik Mall”da binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb. Xoşbəxtlikdən səhər saatları olduğundan ticarət mərkəzində az insan olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Şarların yer
ə düşərək çilik-çilik olması insanlar arasında təşviş yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271