SOSİUM

Hesablama Palatasından universitetlərə – TƏLƏB
01 DEKABR
469

Hesablama Palatasından universitetlərə – TƏLƏB

2016-12-01 14:42:00

“Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılacaq”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı bildirib.

V.Gülməmmədov deyib ki, dövlət ali təhsil müəssisələrinin fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb:

“Özəl və ali təhsil müəssisələri əldə etdikləri gəlirləri vergi öhdəlikləri baxımından tam açıqlamalıdır. Hesab edirik ki, dövlət ali təhsil müəssisələri də özəl ali təhsil müəssisələri kimi əldə etdikləri gəlirləri vergi öhdəliklərinin bəyan edilməsi baxımından tam açıqlamalıdır. Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 2010-2011-ci il tədris ilindən başlayaraq, mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipini nəzərdə tutan dövlət sifarişinin yerinə yetirilməsində iştirak edirlər. Cari və əvvəlki illərin nəticələrinə əsasən qeyd olunmalıdır ki, dövlət ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dövlət büdcə gəlir və xərclərinin tərkibinə daxil edilməyən müvafiq göstəriciləri, o cümlədən gəlirləri və gəlirlərin əldə olunması ilə bağlı xərcləri, eləcə də digər öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan olunmayıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272