Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Maddə 1. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, I kitab, maddə 155; 2008, № 6, maddə 462; 2014, № 8, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1-ci maddəyə “habelə” sözündən sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin;

1.2. 8.0.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;”.

Maddə 2. Bu Qanun 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.