SOSİUM

Daha 1 universitetin tələbələrinə kredit veriləcək
30 NOYABR
258

Daha 1 universitetin tələbələrinə kredit veriləcək

2016-11-30 16:47:00

“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Fonddan fins.az-a verilən məlumata əsasən, bundan sonra Aqrar Universitetinin aztəminatlı ailələrdən olan tələbələri də təhsil kreditlərindən yararlana biləcək.

Bununla “Maarifçi” Tələbə Kredit Fonduna üzv olan universitetlərin sayı 14-ə çatıb.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Tələbə Kredit Fondunu Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti birgə təsis edib.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272