SOSİUM

İşığın və qazın bahalaşması işsizləri artıracaq – SƏTTAR MEHBALIYEV
30 NOYABR
517

İşığın və qazın bahalaşması işsizləri artıracaq – SƏTTAR MEHBALIYEV

2016-11-30 15:48:00
Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin sayının artmasına  təkan verəcək.
Bunu millət vəkili, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Möhbalıyev parlamentdə 2017-ci ilin büdcə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı iş adamaları ona müraciət edib və gələcək fəaliyyətlərində ciddi problemin olacaqlarını dilə gətiriblər.
“Misal üçün bir şəxs iki hektara yaxın istixanasının olduğunu və təkcə indiyədək ayda enerji daşıyıcılarına 25 min manatadək vəsait xərclədiyini  bildridi. Bundan sonra isə bu xərclər iki dəfə artaraq 50 min manat edəcək. İş adamı da nəticədə  fəaliyyətini dayandıracaq  və işçiləri ixtisara salacaq. Bu da  işsizliyin artmasına səbəb olacaq. Onlar hara gedəcək?”– deyə, S. Möhbalıyev vurğulayıb.
Özəlləşdirilməyə çıxarılan xəstəxana və digər müəssisələrlə bağlı mövqeyini  açıqlayan S. Mehbalıyev bildirib ki,ən azından işçilərə alternativ iş yeri təklif olunmalıdır. “Onlar iş yerləri ilə təmin olunmalıdır ki, sonra müəssisə özəlləşdirilməyə çıxarılsın. Bu gün özəlləşdirilməyə çıxarılacaq  kifayət qədər istifadəsiz  müəssisələr var,  qoy onlar ilk öncə çıxarılsın. SOCAR-a məxsus yetərincə istifadəsiz istirahət mərkəzləri var. Qoy onlar çıxarılsın. Müəssisə özəlləşən zaman insan amili öndə olmalıdır”- deyə, millət vəkili bildirib.
Mənbə: gununsesi.info
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272