SOSİUM

Oğurluqda rekord gözlənilir
29 NOYABR
479

Oğurluqda rekord gözlənilir

2016-11-29 17:56:00

Alış-veriş mərkəzlərində yerləşən mağazaların təhlükəsizliyini təmin edən Sensormatic Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, pərakəndə oğurluğu 2016-da rekord qıracaq.

Ötən il dünyada 123 milyard dollara çatan pərakəndə oğurluğunun 2016-da 150 milyard dolları keçəcəyi gözlənilir. Mağaza və supermarketlərdə ən çox oğurlanan məhsullar isə qısa gödəkcə, jaket, körpə maması, uşaq bezi, ülgüc, dezodorant, kolbasa, sucuq və ətdir.

Oğurluğun iqtisadiyyatdakı hadisələrlə də bağlı olduğunu bildirən Sensormatic-ə görə, pərakəndə oğurluq iqtisadiyyatların pis getdiyi dövrlərdə yüksəlir. Dünyada 2004-2007-ci illərdə iqtisadiyyatın yaxşı olduğu dövrlərdə pərakəndə oğurluq da fasilə dövrünə girmişdi. İndi isə rekordlar qırır.

Bu gün Latın Amerikasında pərakəndə dövriyyə içində oğurluğun payı 1,55%-ə çatıb. Bu rəqəm Şimali Amerikada 1,27 faiz, Asiya-Sakit Okean regionunda 1,17 faiz, Avropada 1,05 faizdir. Ancaq pərakəndə oğurluqda ən yüksək artımın Avropada baş verdiyi müşiahidə olunur. Buradakı qaçqın problemi bunun ən əhəmiyyətli səbəbidir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271