SOSİUM

Çörək də bahalaşacaq xəbərinə – ZAVODDAN AÇIQLAMA
30 NOYABR
4210

Çörək də bahalaşacaq xəbərinə – ZAVODDAN AÇIQLAMA

2016-11-30 15:56:00

Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək. Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq. “Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov fins.az-a bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər: “Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması  yeni ildən baş verə bilər”. 

xxx

«Nur» çörək zavodunun rəhbərliyi fins.az-la əlaqə saxlayaraq çörəyin qiymətinin artacağı ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib. Şirkətin məlumatına görə, hələlik zavodun bununla bağlı planları yoxdur: «Hazırda çörəyin çəkisi və qiyməti əvvəlki kimidir»

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272