SOSİUM

İşığın qiyməti bahalaşdı
28 NOYABR
2884

İşığın qiyməti bahalaşdı

2016-11-28 21:02:00

Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiymətlər artırılıb. Fins.az xəbər verir ki, əhalini qrupu üzrə işığın qiyməti 7 qəpik səviyyəsində saxlanılib. Əgər  abonnentlər ayda 250 kilovat-saatdan artıq istifadə edərsə, həmin həcmin 250 kilovat-saatdan çox olan hissəsi üçün ödənişlər 11 qəpikdən hesablanacaq. 

Enerjinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib. Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.


"Azərişıq" ASC-nin məlumatına görə, əhali qrupundan olan abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Bu baxımdan, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270