SOSİUM

Qazın qiyməti artdı
28 NOYABR
4035

Qazın qiyməti artdı

2016-11-28 20:48:00

Tarif Şurası təbii qazın yeni istehlak qiymətlərini açıqladı. Fins.az xəbər verir ki, bundan sonra qazı daha çox istifadə edən abonentlərin ödənişi də 2 qat artıq olacaq.  

Belə ki, indiyədək təbii  qazın əhali istehlakçı qrupu üzrə tarifləri 10 qəpik olub. 2017-ci ilin yanvar ayının 1-dən isə 1500 kubmetrdən çox qaz istifadə edən abonentlər hər kuba görə 20 qıpik ödəməli olacaq.  

Qeyri-əhali qrupu üçün isə 2016-cı il dekabrın 1-dən yeni tariflər tətbiq ediləcək. Tarif Şurasının qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə 1000 kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində müəyyən edilib. 

Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaqdır.

Elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şura fərqli qiymətlər tətbiq etməyə qərar verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274