SOSİUM

Sabah bu rayonlarda qaz olmayacaq
24 NOYABR
1557

Sabah bu rayonlarda qaz olmayacaq

2016-11-24 18:22:00

Noyabrın 25-da saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Bu barədə fins.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, təmir müddətində Bakının Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275