SOSİUM

"Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" – KONFRANS
24 NOYABR
119

"Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" – KONFRANS

2016-11-24 17:16:00

Bu gün Noyabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.

UNEC rektoru, professor Ədalət Muradov az müddət ərzində sosial-iqtisadi sahədə müşahidə edilən böyük nailiyyətlərdən danışıb.

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda çıxış edib. Komitənin sədr müavini 1991-2015-ci illərdəki iqtisadi dinamikanı, mühüm statistik göstəriciləri, o cümlədən son 10 ildəki davamlı sosail-iqtisadi inkişafı rəqəmlərlə təqdim edib.

Y.Yusifov  həmin dövrlərdə elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qeydə alınan artım dinamikasından danışıb.

UNEC-in Elm və İnnovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov “Azərbaycan təhsili müstəqillik illərində” mövzusunda təqdimatında 1991-2016-cı illər ərzində təhsildəki inkişaf meyllərinə xüsusi yer ayırıb. 

Rektor Ə.Muradov UNEC-in əldə etdiyi bir neçə uğurlu nəticələrdən danışıb. Bildirib ki, ölkə üzrə MBA-da təhsilalanların 70%-i UNEC-i seçib. Son açıqlamalara görə, bu göstərici yeni tədris ilində 6.2% artıb. Universitetdə pedoqoji heyətin orta aylıq əmək haqqının 981 manat olduğunu deyən rektor, aparılan struktur islahatları sayəsində müəllimlərin maaşlarının daha da artırılacağını qeyd edib. Ə.Muradov məqsədin universitetə daha peşəkar müəllimləri cəlb etməklə, tələbələrə verilən biliyin səviyyəsinin artırılmasına nail olmaq olduğunu da vurğulayıb. 

Rektor universitetin qazandığı nailiyyətlərin ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək məqsədilə “UNEC rəqəmlərdə” adlı məlumat kitabçasının dərc olunacağını qeyd edib. 

Çıxışlardan sonra Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Müstəqil Azərbaycan 25 il” adlı kitabının ilk nüsxələri UNEC-ə hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275