SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
24 NOYABR
736

Sabaha olan – HAVA PROQNOZU

2016-11-24 12:48:00

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, Bakıda gecə 0-2° isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271