SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
22 NOYABR
729

Sabaha olan – HAVA PROQNOZU

2016-11-22 11:51:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin noyabrın 23-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Eləcə də bax: Şaxta, qar, buzlu yollar – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271