SOSİUM

Hələ 4 ildən sonra orta aylıq əmək haqqı 11% artacaq
22 NOYABR
553

Hələ 4 ildən sonra orta aylıq əmək haqqı 11% artacaq

2016-11-22 09:22:00

2017-2020-ci illər üçün Azərbaycanda iqtisadiyyatın sahələri üzrə orta aylıq əmək haqqı proqnozu məlum olub.

 Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il ölkədə orta aylıq əmək haqqı 508,4 manata çatacaq. Bu, 2016-cı ilin gözlənilən göstəricisindən 3,7% çoxdur.

Sənədə nəzər salanda məlum olur ki, 2017-2020-cu illərdə də ölkə üzrə orta aylıq əmək haqqında artım templəri davam edəcək. Belə ki, 2018-ci ildə orta aylıq əmək haqqı 521,6 manata bərabər olacaq ki, bu da 2017-ci il ilə müqayisədə 2,6% çox deməkdir. 

2019-cu ildə bu göstəricinin 2018-ci ilə nisbətən 2,2% artaraq 532,9 manata çatacağı proqnozlaşdırılır. 2019-cu ildə olduğu kimi 2020-ci ildə orta aylıq əmək haqqı üzrə 2%-lik artım gözlənilir. Başqa sözlə, hesablamalara görə, 2020-ci ildə orta aylıq əmək haqqı 544 manat təşkil edəcək. Bu, 2016-cı ilin göstəricisindən təxminən 11% çoxdur.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272