SOSİUM

Azərbaycan-Rusiya sərhədində əməliyyat – AVTOMOBİLLƏR YOXLANILIR
21 NOYABR
4096

Azərbaycan-Rusiya sərhədində əməliyyat – AVTOMOBİLLƏR YOXLANILIR

2016-11-21 09:17:00

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatına başlanılıb. Əməliyyatlar Azərbaycanın şimal bölgəsini əhatə edir.

“Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlara Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da qatılıb.

Yerli sakinlərin verdiyi məlumata görə, aparılan əməliyyatlara bağlı Xaçmaz və Qusar rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

Əməliyyatın noyabrın 27-dək kimi davam edəcəyi bildirilir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275