SOSİUM

Daha bir universitetin tələbələri kredit ala biləcək
18 NOYABR
354

Daha bir universitetin tələbələri kredit ala biləcək

2016-11-18 14:46:00

“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Təhsil Nazirliyindən fins.az-a verilən xəbərə görə, bundan sonra ADMİU-nun aztəminatlı ailələrdən olan tələbələri Fondun təqdim etdiyi təhsil kreditlərindən yararlanacaq.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Fondunu Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti təsis edib.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272