SOSİUM

Ağac kəsməyə görə cərimələr artırıldı – MƏBLƏĞLƏR
18 NOYABR
873

Ağac kəsməyə görə cərimələr artırıldı – MƏBLƏĞLƏR

2016-11-18 12:58:00

Nazirlər Kabineti "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib. Yeni sənədə əsasən, yaşıllıqların ləğv edilməsinə, ağacların qırılmasına görə cərimələr xeyli artırılıb, qaydalar sərtləşdirilib.

Fins.az  xəbər verir ki, qaydaları pozmağa görə fiziki, vəzifəli və hüquqi şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Bu hallarda həmin şəxslər maddi məsuliyyətə cəlb olunurlar:

- bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsinə görə;

- yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə;

-  yaşıllığın götürülməsi vərəqi olmadan "Yaşıllıqların mühafizəsi haqqında" qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və ya bərpa edilməsi şərtilə götürülməsinə (kəsilməsinə) görə;

- yaşayış məntəqələrində, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, dəmir yolunun, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılmasına görə;

- yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacarların, tinglərin, gül-çiçəklərin və ot bitkilərinin məhv edilməsinə görə;

- yaşıllığın, bələdiyyələrin istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının yaşıllığın götürülməsi haqqında qərarlarında başqa əraziyə köçürülməsi əks olunduğu halda, müvafiq tədbirlərin həyata keçirilməməsinə görə;

-  şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının ona cavabdeh olan şəxslər tərəfindən alınmamasına və qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə.

Təqsirkar şəxslər yaşıllıqlara dəyən ziyanın məbləğini 30 gün müddətində Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun hesabına ödənilməlidir. Ödənişi təsdiq edən sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Bu ödəniş məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada, eləcə də məhkəmə qaydasında həll ediləcək.

"Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na edilən əlavədə  isə ağacların qırılmasına görə təyin edilən cərimələrin məbləği açıqlanıb. Belə ki, diametri 4 sm-dək olan 1 ağac tikinti məqsədilə kəsildikdə 160 manat, digər məqsədlərlə kəsildikdə isə 80 manat ödəməlidirlər.

Ağacın diametri artdıqca cərimənin məbləği də artır. Diametri 36  sm-dən artıq olan ağacın kəsilməsinə görə 800 manat cərimə müəyyən edilib.

 

 

Götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) və kol

Dəymiş ziyanın məbləği

(manatla)

tikinti və abadlaşdırma

məqsədi ilə

tikinti və abadlaşdırma

istisna olmaqla

4 santimetrədək (4 sm də daxil olmaqla)

160

80

4,1-8

200

100

8,1-12

240

120

12,1-16

300

150

16,1-20

360

180

20,1-24

400

200

24,1-28

500

250

28,1-32

600

300

32,1-36

700

350

36,1-40

800

400

40 sm-dən yuxarı, hər santimetr üçün

100

50

Hər kol üçün

160

80

Qeydedəkki,  Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşənağacvə kolların, yaşıllıqlarınmühafizəsisahəsində qanunvericiliyintələbləripozulmaqlakəsilməsinə, zədələnməsinə və yaməhvedilməsinə görə c ərimələrinməbləğicədvəldə göstərilənlərdən 3 dəfə artıqhesablanır.

Adı "Qırmızı Kitabı"nadaxiledilən, nadirvə növü kəsilməktəhlükəsiqarşısındaolanağacvə kollarınməhvedilməsinə görə cərimələrin  məbləği  isə 20 dəfə artırılmaqlahesablanır.

Şəhərlərdə və digəryaşayış məntəqələrində yerləşənyaşıllıqsahələrində və yarespublikavə yerli əhəmiyyətliavtomobilyollarınınvə dəmiryolununmühafizə zolaqlarında, habelə suobyektlərininvə suanbarlarınınmühafizə zolağındayerləşənyaşıllıqsahələrində il ərzində ağaclaınkəsilməsitəkrarbaş verdikdə, dəymiş ziyanyuxarıdakı cədvəldə verilənmiqdardan 2 dəfə çoxolacaq.

 Qaydalara edilən 2 saylı əlavədə isə yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəyən ziyanın miqdarı açıqlanıb. Həmin sənədə əsasən, 1 baş davarı otardığına  görə onun  sahibi 15 manat, iribuynuzlu mal-qaraya görə 25 manat, 1 baş at üçün 40 manat, 1 baş dəvə üçün isə 70 manat cərimə olunacaq. Əgər qayda pozuntusu il ərzində bir necə dəfə təkrarlanarsa, cərimə 2 dəfə artırılacaq. 

Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar 3 dəfə artırılmaqla hesablanır.

 

Yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara,

at və dəvələrin otarılması

Dəymiş ziyanın məbləği

(manatla)

ilkin olaraq

eyni şəxs il ərzində iki və ya daha çox ziyan vurduqda

Bir baş davar üçün

15

30

Bir baş iri buynuzlu mal-qara üçün

25

50

Bir baş at üçün

40

80

Bir baş dəvə üçün

70

140

"Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na edilən 3 saylı əlavədə isə yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsinə göər cərimələrin miqdarı təsdiq edilib. Həmin sənədə əsasən, 1  kv. metr sahədə ot bitkilərinin tikinti və abadlaşdırma üçün məhv edilməsinə görə 50 manat,  gül-çiçəyə görə isə  80 manat  cərimə ödəniləcək.  Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəyən  ziyan bundan 3 dəfə artır olacaq.

 

Məhv edilmiş ot bitkiləri (qazon) və gül-çiçəklər

Sahə

Dəymiş ziyanın məbləği

(manatla)

tikinti və abadlaşdırma

məqsədi ilə

tikinti və abadlaşdırma

istisna olmaqla

Ot bitkiləri (qazon)

1 m2

50

25

Gül-çiçəklər

1 m2

80

40

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275