SOSİUM

Bu rayonlarda qaz olmayacaq
17 NOYABR
1447

Bu rayonlarda qaz olmayacaq

2016-11-17 17:45:00

Sabah SOCAR-ın "Qaz İxrac" İdarəsinin Siyəzən və Astara magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq. Fins.az-ın məlumatına görə, noyabrın 18-da saat 10:00-dan 16:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Quba", saat 14:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin "Şahağacı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Şahağacı, Kakalos və Tənqərud kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Quba rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272