SOSİUM

Nazir: Sosial xərcləri azaltmayacağıq
17 NOYABR
362

Nazir: Sosial xərcləri azaltmayacağıq

2016-11-17 16:20:00

Azərbaycan 2017-ci ildə nəzərdə tutulan sosial xərcləri azaltmayacaq.

Bunu bu gün keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir deyib: “Sosial xərclərdə heç bir ixtisar ola bilməz, çünki Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sosial sahənin hər zaman diqqət mərkəzində olmasını nəzərdə tutur. Fikrimcə, gələcəkdə də biz sosial xərclərin ixtisarı məsələsi ilə üzləşməyəcəyik.”

Nazirin sözlərinə görə, hökumət əhalinin rifahının yaxşılaşdırılması üçün hər şeyi edir.

Mənbə:Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272