SOSİUM

Aliment borcu olanların xaricə çıxışı qadağan edildi
17 NOYABR
453

Aliment borcu olanların xaricə çıxışı qadağan edildi

2016-11-17 16:15:00

İcra məmurlarının təqdimatı ilə məhkəmələr alimenti ödəməyən şəxslərin ölkədən çıxmasını qadağan edən qərarlar verirlər. Ədliyyə Nazirliyindən fins.az-a verilən məlumata görə, bu ilin iyulun 1-dək 1 100 nəfərin ölkədən çıxışına qadağa qoyulub.

Eləcədə bax: Azərbaycanda alimentdən necə yayınırlar? – BƏHANƏLƏR

Lakin aliment öhdəliyini yerinə yetirməyən şəxslərin siyahısı açıqlanmır. Xatırladaq ki, Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsindən azad edən heç bir müddəa yoxdur. Bütün hallarda, hətta valideynlər xəstə olduqda, ölkədən kənarda yaşadıqda belə uşaqları saxlamağa borcludurlar. Ona görə də məhkəmələr aliment borcunu ödəmələri üçün onların barəsində sərt tədbirlərin görülməsinə qərar verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272