SOSİUM

Yaşayış minimumu 19 manat artacaq
17 NOYABR
3010

Yaşayış minimumu 19 manat artacaq

2016-11-17 16:04:00

Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. 

Bu, "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində nəzərdə tutulub. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

Gələn il Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə - 105 manat saxlanılması təklif edilir. Bu, "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub.

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272