SOSİUM

“Maarifçi” 80 tələbəyə kredit verəcək
16 NOYABR
260

“Maarifçi” 80 tələbəyə kredit verəcək

2016-11-16 16:45:00

“Maarifçi” Tələbə Kredit Fondu təhsil haqqının ödənilməsi üçün 80 tələbəyə kredit verəcək.

Fonddan verilən məlumata görə, oktyabrın 31-də ikinci elan sessiyası (1-31 oktyabr 2016) sona çatıb. Fondun əməkdaşı olan 12 universitet tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən 121 elektron müraciətə baxılııb. Seçim meyarlarına cavab verən tələbələrlə 80 təhsil kredit müqaviləsi imzalanıb. Digər tələbələr akademik borcu olan, akademik göstəricisi uyğun olmayan və sənədlərində uyğunsuzluqları olanlar olub.

Qeyd edək ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.

Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən – artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272