SOSİUM

Əli Abbasov haqda cinayət işi açılıb
16 NOYABR
811

Əli Abbasov haqda cinayət işi açılıb

2016-11-16 16:21:00

Keçmiş Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov baəsində cinayət işi açılıb.

Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmədə məlumat verilib.

Belə ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxışı zamanı bildirib ki, Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri ilə bağlı da cinayət işi açılıb.

Həmin cinayət işi üzrə istintaq ayrıca icraata verilib.

Nazirin ittiham olunduğu maddələr açıqlanmayıb.

Mənbə:Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275