SOSİUM

Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb
16 NOYABR
354

Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb

2016-11-16 09:54:00

Bu il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal Azərbaycanda əhalinin sayı 4994,8 min nəfər olub, onlardan 4732,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1516,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,7 min nəfər, qeyri-dövlət sektorunda isə 629,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1482,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,5%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,5%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,0%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,0%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Bu ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,5 saat təşkil edib.

Bu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,7 min nəfər olub, onların 37,9%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 241,9 manat olub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272